MSK sədri: “Azərbaycanda xoşagəlməz hal baş verəndə buna təsadüf kimi baxanlar az olur”


Siyasət 22 Yan 2020 12:34:17 105 0

MSK sədri: “Azərbaycanda xoşagəlməz hal baş verəndə buna təsadüf kimi baxanlar az olur”

“Milyonlarla insanın iştirak etdiyi istənilən tədbir ideal şəkildə baş tuta bilməz. Dünyanın harasında olmasından asılı olmayaraq, bu belədir”.

© Report / Firi Salim — Məzahir Pənahov

“Milyonlarla insanın iştirak etdiyi istənilən tədbir ideal şəkildə baş tuta bilməz. Dünyanın harasında olmasından asılı olmayaraq, bu belədir”.

“Report” xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahovbu gün “Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirə”də çıxışı zamanıdeyib.

“Hansısa xoşagəlməz hal Almaniyada baş verəndə bunu təsadüf kimi qəbul edib problemi yoluna qoymaqla aradan qaldırırlar. Amma bu xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur”, - o qeyd edib.

Onun sözlərinə görə, seçki prosesi digər maraqlı olan qurumlara ölkənin daxili işlərinə qarışmaq imkanı verir: “Çünki demokratiya heç bir xalqın daxili işi deyil, bütövlükdə bəşəriyyətin işidir. Demokratiyanın göstəricisi isə seçkilərdir”.