Gürcüstan parlamentinin binasının qarşısı bağlanıb


Dünya 22 Yan 2020 12:22:07 115 0

Gürcüstan parlamentinin binasının qarşısı bağlanıb

Tbilisidə Gürcüstan parlamentinin binasınının qarşısı dəmir konstruksiya ilə əhatəyə alınıb.

Tbilisidə Gürcüstan parlamentinin binasınının qarşısı dəmir konstruksiya ilə əhatəyə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, Tbilisi meriyası ərazidə bərpa işləri həyata keçirəcək.

Şəhər meri Kaxa Kaladze bildirib ki, ərazi ilə yanaşı, orada yerləşən 9 Aprel memorialı da bərpa olunacaq.

Onun sözlərinə görə, əraziyə yeni plitələr döşəniləcək, fəvvarələr quraşdırılacaq və yaşıllıqlar salınacaq.

Qeyd edək ki, Gürcüstanda müxalifətin və ictimai fəalların etiraz aksiyaları ən çox parlamentin binasının qarşısında keçirilir.