“Facebook” İngiltərədəki işçilərinin sayını 33% artırır


İqtisadiyyat 22 Yan 2020 12:06:51 98 0

“Facebook” İngiltərədəki işçilərinin sayını 33% artırır

ABŞ-ın “Facebook” şirkəti bu il İngiltərədəki işçilərinin sayını 1 000 nəfər və yaxud 33% artıraraq 3 min nəfərdən 4 minə nəfərə çatdırmağı planlaşdırır

ABŞ-ın “Facebook” şirkəti bu ilİngiltərədəki işçilərinin sayını 1 000 nəfər və yaxud 33% artıraraq 3 min nəfərdən 4 minə nəfərə çatdırmağı planlaşdırır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, yeni işə qəbul olunacaq əməkdaşlar əsasən sosial şəbəkədəki zərərli halların üzə çıxarılması ilə məşğul olacaqlar.

O cümlədən 500 nəfərproqram mühəndisliyi, məhsul dizaynı və informasiya texnologiyaları sahəsinə cəlb olunacaq.

Qeyd edək ki, indiyə qədər“Facebook” öz platformalarında 2,8 milyonzərərli məzmun aşkarlayıb.