Las-Veqasda atışma olub, yaralananlar var


Dünya 22 Yan 2020 11:38:22 118 0

Las-Veqasda atışma olub, yaralananlar var

Polisin məlumatına görə, alınan xəsarətlərin həyati təhlükəsi yoxdur

ABŞ-ın Las-Veqas şəhərindəki ticarət mərkəzlərindən birində atışma olub.

“Report” TASS-a istinadən xəbər verir ki, insident nəticəsində azı 2 nəfər yaralanıb.

Polisin məlumatına görə, alınan xəsarətlərin həyati təhlükəsi yoxdur.

Hələlik bir qrup yeniyetmənin dalaşdığı, onlardan bəzilərinin atəş açmağa başladığı məlumdur.

Polis şübhəliləri axtarır.