Təbrizlə Culfa arasında sərnişin qatarı işə düşüb


İqtisadiyyat 22 Yan 2020 11:01:54 101 0

Təbrizlə Culfa arasında sərnişin qatarı işə düşüb

İran hökuməti ölkənin Təbriz şəhəri ilə Culfa arasında sərnişin qatarını işə salıb

İran hökuməti ölkəninTəbriz şəhəri ilə AzərbaycanınCulfa şəhəriarasında sərnişin qatarını işə salıb.

"Report" İran mətbuatına istinadən xəbər verir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq.

Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir.

Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla400 sərnişin daşımaq imkanındadır.

Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür.