Avropa İttifaqı: Azərbaycanla yeni sazişin imzalanması üzrə danışıqlar yekun mərhələdədir


Digərləri 22 Yan 2020 11:02:00 90 0

Avropa İttifaqı: Azərbaycanla  yeni sazişin imzalanması üzrə danışıqlar yekun mərhələdədir

Bu saziş bağlandıqdan sonra Azərbaycan və Aİ əlaqələri yeni mərhələyə qədəm qoyacaq

Bakı. İlhamə İsabalayeva - Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin imzalanması üzrə danışıqlar yekun mərhələdədir. Trend-in məlumatına görə, bunu “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. O bildirib, bu saziş bağlandıqdan sonra Azərbaycan və Aİ əlaqələri yeni mərhələyə qədəm qoyacaq. Azərbaycanın iqtisadi baxımdan inkişaf etdiyini deyən K.Yankauskas əlavə edib ki, Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır: "Bundan əlavə, Avropa İttifaqına üzv ölkələr Azərbaycana ən çox invesitisiya yatıran dövlətlərdir. Aİ, həmçinin Azərbaycandan keçən nəqliyyat layihələrinin reallaşdırılmasına da öz dəstəyini verir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin