Ötən il “Şahdəniz” qazının ixracı 24%-dən çox artıb


İqtisadiyyat 22 Yan 2020 10:40:56 100 0

Ötən il “Şahdəniz” qazının ixracı 24%-dən çox artıb

​Ötən il “Şahdəniz” qazının ixracı 24%-dən çox artıb

2019-cu ildə Azərbaycanın magistral qaz kəmərləri ilə 27 512,7 mln. kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilə nisbətən 17,1% artım müşahidə olunub.

Ötən il qazın nəqlinin 37,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, bu kəmərlə 10 417,8 mln. kubmetr qaz ötürülüb. Bu isə 2018-ci illə müqayisədə 24,2% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.