KİV: Davosda rusiyalı casuslar saxlanılıb


Dünya 22 Yan 2020 10:20:59 121 0

KİV: Davosda rusiyalı casuslar saxlanılıb

Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda casus olduğu güman edilən 2 Rusiya vətəndaşı&saxlanılıb.

Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda casus olduğu güman edilən 2 Rusiya vətəndaşısaxlanılıb.

“Report” xəbər verir ki, bunu İsveçrənin gündəlik“Tages-Anzeiger” qəzeti yazıb.

Nəşrin məlumatına görə, 2019-cu ilin avqust ayında casus olduğu güman edilən 2 rusiyalı Ümumdünya İqtisadi Forumuna hazırlıq işlərini izləməkdə şübhəli bilinib. Onlardan biri saxlanılarkən özünü santexnik kimi təqdim etsə də, onların üzərində diplomatik pasport aşkar edilib. Amma hüquq-mühafizə orqanlarıonları həbs etməyib, nəticədə rusiyalı casuslarİsveçrəni tərk ediblər.

Məqalədə qeyd olunub ki, rusiyalı casusların hədəfləri arasında foruma dəvət olunan Kremlin tənqidçisi, “Hermitage Capital” Fondunun qurucusu Vilyam Brauder ola bilərdi.

Alparslan Öztürk