“Ana kimi çox fikir edirəm”


Şou-biznes 22 Yan 2020 10:28:00 156 0

“Ana kimi çox fikir edirəm”

İşimin çoxluğundan övladlarıma kifayət qədər diqqət yetirə bilmirəm. Bir ana kimi bundan daxilən əsəbim və həyəcanım olur ki, mən uşağımın təhsili, gəzintisi, əyləncəsi ilə məşğul ola bilmirəm.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Mtv Azərbaycan"a müsahibəsində Xalq artisti Gülyanaq Məmmədova deyib. Sənətçi övladlarına zaman ayıra bilməməsindən gileylənib:

"Ana kimi çox fikir edirəm. Bircə arzum odur ki, gələcəkdə övladlarım ağıllı-kamallı bir sahəyə yiyələnsinlər. Hər bir ana bunu istəyir. Ailəyə bağlı olduğum üçün elə yaradıcılıq işlərim var ki, onları da təxirə salmalı oluram. Zaman yetmir. Qəlbimdə o qədər yaradıcılıq fikirləri var ki... Bunun üçün həm zaman, həm maddiyyat, həm də insanın sağlamlığı lazımdır".

Müğənni, tələbələri ilə ərsəyə gətirəcəyi ilk konsertinin həyəcanından da danışıb: