Bakıda çoxmərtəbəli binada yanğın:


Digərləri 22 Yan 2020 10:15:00 106 0

Bakıda çoxmərtəbəli binada yanğın:

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Son.az xəbər verir ki, bu barədə yanğın baş verən binanın sakinləri baku.ws-ə məlumat veriblər.

Bildirilir ki, Xətai rayonu, Natiq Əliyev 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər deyirlər ki, evlərindən çıxa bilmirlər.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən baku.ws-ə bildiriblər ki, yanğın binanın elektrik şaxtasında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.