Deputatlığa namizəd Afət Həsənova seçicilərlə görüşdü (FOTO)


Digərləri 22 Yan 2020 09:32:00 163 0

Deputatlığa namizəd Afət Həsənova seçicilərlə görüşdü (FOTO)

Seçicilər yekdilliklə Afət Həsənovanı dəstəklədikərini bildirdilər

Bakı. Bu gün 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Afət Həsənova Əmircan qəsəbəsində yerləşən şəhid Nurəli Hacıbaba oğlu Abdullayevin adına olan küçədə seçicilərlə görüşüb. Trend-in məlumatına əsasən, onların real problemləri ilə tanış olan və narahatlıq doğuran məsələləri birbaşa özlərindən dinləyən Afət Həsənova səsləndirilən məsələləri nəzarətə götürərək həlli məqsədi ilə əlindən gələni əsirgəməyəcəyini bildirib. Daha sonra şəhidin təmirə ehtiyacı olan bulaq kompleksini ziyarət edən Afət Həsənova qısa zamanda bu kompleksin bərpa edilməsini öz üzərinə götürüb. Görüş iştirakçıları Afət Həsənovaya bir qadın kimi etimad göstərdiklərini, 9 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə onu dəstəkləyəcəklərini bildirdilər.