Mer buzlu suya girib


Digərləri 22 Yan 2020 07:28:00 140 0

Mer buzlu suya girib

Estoniyada bu günlərdə Pravoslav xristianlar Pasxa bayramı ilə yanaşı, ən qədim xristian bayramlarından olan Epifani bayramını da qeyd edirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, xalq bu bayramı buz tutmuş su hövzələrində xaç şəklində açılan hovuzlarda suya girməklə qeyd edir.

Tallinndə belə yerlərdən biri Piritadadır. Burada həm gənclər, həm də yaşlı insanlar, kişilər, qadınlar çimirlər.

Paytaxt meri Mixail Kılvartın da suya baş vuranlar arasında olması, fotomüxbirlərin obyektivindən yayınmayıb.