Avropanın ən təhlükəli sürücüləri


Digərləri 22 Yan 2020 07:14:00 124 0

Avropanın ən təhlükəli sürücüləri

"Eurobarometer" təşkilatının 2019-cu il üçün sürücülər arasında apardığı sorğuya əsasən, yunanlar Avropa İttifaqı ölkələri arasında nəqliyyat vasitələrini ən təhlükəli idarə edən sürücülər hesab ediliblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sorğuda Fransa, Almaniya, Belçika, İspaniya, Böyük Britaniya, İtaliya, İsveç, Polşa, Niderland və Slovakiya vətəndaşları iştirak ediblər. Sorğuya əsasən, iki yunan vətəndaşından birinin nəqliyyat vasitəsini təhlükəli idarə etdiyi bildirilir. Yunanlardan sonra siyahıda italyanlar və fransızlar gəlir. Ən tolerant sürücülər isveçlilər seçilib. Ən sakit niderlandlılar, slovaklar və ispanlardır. Ən nəzakətli sürücülər isə ingilislər və belçikalılardır.