10 yaşlı uşaq Avstraliya üçün 100 min dollar topladı


Digərləri 22 Yan 2020 06:30:00 152 0

10 yaşlı uşaq Avstraliya üçün 100 min dollar topladı

ABŞ-ın Massaçusets ştatının Hinqham şəhərində yaşayan 10 yaşlı Oven Kalli Avstraliyadakı meşə yanğınlarından zərər görən heyvanlar üçün 100 min dollar toplayıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ovenin anası CNN-ə açıqlamasında deyib. O, oğlunun Avstraliyadakı yanğınlarda heyvanların tələf olmasına çox üzüldüyünü bildirib. Valideyləri Ovenlə birlikdə gildən kiçik koalalar hazırladıqlarını və 50 dollardan çox yardım edən şəxslərə bu koalalardan göndərdiklərini söyləyib.

Anası Ovenin hazırladığı koalalarla indiyə qədər 100 min dollar yığdığını deyib.

Qeyd edək ki, Avstraliyada bir neçə aydır davam edən yanğınlar səbəbiylə 27 nəfər həyatını itirib, 1 milyard heyvan tələf olub.