Toyota 3,4 milyon avtomobili geri çağıracaq


Digərləri 22 Yan 2020 05:48:59 133 0

Toyota 3,4 milyon avtomobili geri çağıracaq

Yaponiyanın ən böyük avtomobil istehsalçısı Toyota təhlükəsizlik problemləri səbəbiylə dünya üzrə 3,4 milyon avtomobilini geri çağıracaq

Bakı. Yaponiyanın ən böyük avtomobil istehsalçısı Toyota təhlükəsizlik problemləri səbəbiylə dünya üzrə 3,4 milyon avtomobilini geri çağıracaq. Trend-in məlumatına görə, bu qərara səbəb təhlükəsizlik yastıqlarının qəza vəziyyətində açıla bilməməsi və ya tam açılmaması ilə əlaqədar texniki nasazlıqdır. Bildirilir ki, ən çox avtomobil ABŞ-da geri çağırılacaq - 2,9 milyon.