Burkino-Fasoda terrorçular bazara hücum edib, 32 nəfər öldürülüb


Dünya 22 Yan 2020 01:27:29 136 0

Burkino-Fasoda terrorçular bazara hücum edib, 32 nəfər öldürülüb

Burkino-Fasonun şimalında terrorçular bazara hücum edib.

Burkino-Fasonun şimalında terrorçular bazara hücum edib.

“Report”un məlumatına görə, bu barədə “RTB” radiosu məlumat yayıb.

Xəbərdə bildirilir ki, 20 yanvarda Naqraoqo yaşayış mərkəzində yerləşən bazara hücum edən silahlı terrorçular 32 nəfəri öldürüb daha sonra bazarı yandırıblar.

Alamu kəndində isə dörd nəfər terrorçular tərəfindən qətlə yetirilib.

Silahlı hücum zamanı üç nəfər yaralanıb. Hələ ki, heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.