Amazonun rəhbəri Hindistanda kiçik bizneslərə 1 milyard $ yatırım edəcək


Digərləri 21 Yan 2020 23:55:00 162 0

Amazonun rəhbəri Hindistanda kiçik bizneslərə 1 milyard $ yatırım edəcək

Amazonun rəhbəri Jeff Bezos Hindistana edəcəyi investisiya ilə bağlı açıqlamalar edib.

Yeni Dehlidə təşkil edilən konfransda çıxış edən Jeff Bezos bildirib ki Hİndistanda fəaliyyət göstərən kiçik bizneslərə 1 milyard dollarlıq investisiya edəcək. Ötən aylarda Jeff Bezos Hindistana ümumilikdə 5 milyard dollarlıq investisiya edəcəyini də açıqlamışdı.

Bezos 1 milyard dollarlıq investisiyadan əlavə Amazonun 2025-ci ilə qədər Hindistanın xarici ölkələrə 10 milyard dollarlıq ixracatına köməklik göstərəcəyini də bildirib.