Günün qoroskopu: ən yaxşısı bu gün yeni nəyəsə başlamamaqdır


Digərləri 22 Yan 2020 00:01:00 121 0

Günün qoroskopu: ən yaxşısı bu gün yeni nəyəsə başlamamaqdır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - uğursuz gündür. Emosional fon sabit deyil, bir çoxları aqressiv davranışa meyllidirlər. Hisslərini cilovlamağa yalnız kənar tendensiyaların təsirinə qeyri-həssas adamlar nail olacaqlar. 

Buğa - əlverişsiz mərhələ davam edir. Mənfi tendensiyaların təsirini yumşatmağın yolları barədə düşünməyin vaxtıdır. Ulduzlar cari işlərdən daha qlobal məsələlərə keçməyi məsləhət görürlər: planlar nə qədər möhtəşəm, hədəflər nə qədər yüksək olsa, o qədər yaxşıdır.

Əkizlər - elə bir təklif almağınız mümkündür ki, onu qəbul etməklə həyatanınız köklü şəkildə dəyişə bilər. Bu, bir çox Əkizlər üçün dalandan çıxış yolu olacaq.  İntuisiyanıza yox, sağlam düşüncəyə üstünlük verməyiniz tövsiyə olunur. Əgər nəyisə məntiqlə izah edə bilmirsinizsə, suallar verin, özünüzdən nəsə uydurmağa çalışmayın.

Xərçəng - ən yaxşısı bu gün yeni nəyəsə başlamamaqdır. Əgər işlər təxirə salınmamalıdırsa, çox ehtiyatlı olun. Bu gün ətrafdakılarla fikir ayrılıqları yarana bilər. Həyatdan narazılıq sizi düşünülməmiş addımlara vadar edə bilər. Nəsə vacib bir şeyi unutmaq və ya itirmək təhlükəsi var.

Şir - neqativ tendensiyalar güclüdür. İnsanlar qeyri-obyektiv mülahizələrə, səbirsizliyə və hövsələsizliyə meyllidirlər. Sağlam düşüncəyə zidd olsa belə, hər kəs öz mövqeyində israr etməyə çalışır. 

Qız - bütün qarşıdurma və münaqişələr kəskinləşəcək, ailə münasibətləri korlanacaq. Maliyyə mənzərəsi əlverişsizdir. Bu gün sövdələşmələrə getmək, iri bazarlıqlar etmək tövsiyə olunmur. Bundan başqa, təmirə başlamaq, başqa yerə köçmək və daşınmaz əmlakla bağlı sənədləri imzalamaq olmaz.

Tərəzi - gün çox sakit keçəcək. Gözlənilməzliklər planlarınızı pozmayacaq. Çoxdandır əliniz qalxmayan işlərlə məşğul ola bilərsiniz. Dostların əhatəsində istirahət sevinc bəxş edəcək. Yaxınlarınız ideyalarınızı bəyənəcəklər. Əgər təşəbbüs göstərsəniz, dəstək qazanacaq.