Erməni generalın Fransaya müalicəyə getməsinə icazə verilmədi


Dünya 21 Yan 2020 22:46:00 105 0

Erməni generalın Fransaya müalicəyə getməsinə icazə verilmədi

Yerevan məhkəməsi həbsdə olan erməni general, sabiq deputat Manvel Qriqoryanın müalicə üçün Fransaya getməsinə icazə verməyib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu gün Qriqoryanın vəkilləri məhkəməyə ərizə ilə müraciət edərək, onun xaricdə müalicə almasına razılıq verilməsini istəyiblər. Ərizədə vurğulanıb ki, yaxınları Qriqoryanı Fransaya, əvvəl müalicə aldığı klinikaya aparmaq istəyirlər.

Prokuror Vahe Dolmazyan buna qarşı çıxıb.

Hakim Mnatsakan Martirosyan isə müdafiə tərəfinin xarici klinikada müalicə almağa ehtiyac olduğunu sübut edən sənəd hazırlamadığını söyləyərək tələbi rədd edib.

Qriqoryan özü prosesdə iştirak etməyib. O, "Nairi" tibb mərkəzinin reanimasiya şöbəsində qalmaqda davam edir.