FHN: Universitetdə yanğın olmayıb


Digərləri 21 Yan 2020 22:44:00 159 0

FHN: Universitetdə yanğın olmayıb

Azərbaycan Neft və Sənaye niversitetində yanğın hadisəsi baş verməyib

Bakı. Samir Əli - Azərbaycan Neft və Sənaye niversitetində yanğın hadisəsi baş verməyib. Bu barədə Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib. Onun sözlərinə görə, hadisə barədə Fövqəladə Hallar Nazirliyinə yanlış məlumat daxil olub: "Hadisə barədə bizə məlumat daxil olub, əraziyə yanğından mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Məlum olub ki, ərazidə heç bir yanğın hadisəsi baş verməyib".