Gənc qıza seksual orientasiyasına görə işgəncə verilib,


Dünya 21 Yan 2020 21:42:00 183 0

Gənc qıza seksual orientasiyasına görə işgəncə verilib,

22 yaşlı Qroznı sakini Aminat Lorsanova Rusiya İstintaq Komitəsinə ərizə ilə müraciət edərək, öz valideynlərinə, valideynlərinin dostlarına və Boev adına Psixoloji Xəstəliklər Klinikasının həkimlərinə qarşı cinayət işinin açılmasını tələb edir. Onun sözlərinə görə, 2018-ci ildə o, seksual orientasiyasına görə iki dəfə eyni xəstəxanada bir aydan çox işgəncələrə məruz qalıb. Bu barədə Rusiya-nın LGBT şəbəkəsi xəbər verib. Rusiya istintaq komitəsi isə məlumatla bağlı heç bir məlumat verməyib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, ilk dəfə 2018-ci ilin avqustunda Qroznıdakı klinikaya göndərilən Aminat 25 gün orada qalıb. Bundan sonra o, daha dörd ay Qroznıdakı Respublika psixonevroloji dispanserində keçirib. Aminat iddia edir ki, bu müddət ərzində atasının tanışı onu bir neçə dəfə Quran oxuya-oxuya taxta çubuqla döyüb. Aminatın dediyinə görə o bütün bunları "onun cin içindən çıxartmaq" üçün edib.

"O, günəş pleksusuma çubuqla vururdu, əynimdəki köynəyi qaldırıb barmaqları ilə oranı sıxırdı. Daha sonra o ətəyimi endirib, həmin nahiyəni də sıxırdı. Bütün bunlar dəhşətli ağrılar və onun mənim sağ qulağıma dua oxuması ilə keçirdi. Anam və atam prosesi sakitcə izləyirdi. Hətta mən köməyə çağırıb, buna son qoymalarını istəyəndə belə, onlar heç nə etmədilər" - deyə, Aminat bildirib.

Bundan başqa, qızın sözlərinə görə, atası ona 2018-ci ilin sonunda azı altı dəfə zorla trankvilizator iynəsi vurub.

"Atam əllərimə qandal vurub, ayaqlarımı və ağzımı yapışqan lentlə bağlayırdı. O, mənimlə heyvan kimi rəftar edəcəyini deyirdi" - deyə zərərçəkən qeyd edib. "Bundan sonra atam zorla mənə xlorpromazin iynəsi vuraraq yatızdırırdı. Ayaqlarımı belə açmadan, əllərim və ayaqlarım bağlı, üzü divara bir vəziyyətdə yatırdım", o deyib.