Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb


Siyasət 21 Yan 2020 21:34:00 111 0

Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında imzalanan strateji tərəfdaşlıq sənədinə uyğun olaraq münasibətlərin səviyyəsindən məmnunluq ifadə edildi.

Söhbət zamanı ölkələrimiz arasında enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.