Donald Tramp Dünya İqtisadi Forumunda açılış nitqini söyləyib


Dünya 21 Yan 2020 21:39:00 110 0

Donald Tramp Dünya İqtisadi Forumunda açılış nitqini söyləyib

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda açılış nitqini söyləyən ABŞ prezidenti Donald Tramp iki böyük ticarət razılığının əldə edildiyini bəyan edərək, "Amerikanın bir daha qalib gəldiyini" vurğulayıb.

Tramp Çinlə ticarət razılığının ilk mərhələsi və Senatın Kanada və Meksika ilə yeni ticarət sazişinin təsdiqlənməsi də daxil olmaqla, orta sinif işçiləri və şirkətlər üçün əldə edilən nailiyyətlərə toxunub.

"İki il əvvəl bu forumda çıxış edərkən sizə demişdim ki, Amerikanın böyük qayıdışına başladıq. Bu gün fəxrlə deyirəm ki, Birləşmiş Ştatlar dünyada heç görülməyən iqtisadi bumu yaşayır" - deyə, Tramp bildirib.

O, digər ölkələri də onun yolu ilə getməyə və vətəndaşlarını "sarsıdıcı bürokratiyadan" azad etməyə çağırıb.

Tramp eləcə də diqqəti "apokalipsis və qiyamət proqnozları verən peyğəmbərləri" rədd etməyə və diqqəti iqtisadiyyatın inkişafına yönəltməyə çağırıb.