Masallıda 2 otaqlı ev yanıb


Digərləri 21 Yan 2020 20:58:00 130 0

Masallıda 2 otaqlı ev yanıb

Masallının Qarğalıq kəndində ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.