İran elektrik motosikletlər istehsal edəcək


Dünya 21 Yan 2020 20:31:00 143 0

İran elektrik motosikletlər istehsal edəcək

Martın sonuna kimi İranda elektrik motosikletlərlə bağlı layihə icra olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın energetika naziri Rza Ərdəkanian Həmədanda jurnalistlərə açıqlamasında deyib.

R.Ərdəkanianın sözlərinə görə, bu layihə ətraf mühitin çirklənməsini azaldacaq.

O, əlavə edib ki, istehsalçı şirkətlərlə əməkdaşlıq üzrə layihə hazırlanıb və Energetika Nazirliyi bu cür motosikletlərə elektrikin verilməsi üçün stansiyalar yaradacaq.