Toyu olmayan Aygün hamilədir


Şou-biznes 21 Yan 2020 20:29:00 171 0

Toyu olmayan Aygün hamilədir

"Yeni ulduz" yarışması ilə məşhurlaşan müğənni Aygün Rəhimova hamilədir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə özü məlumat verib.

"Sizinlə məni xoşbəxt edən bir xəbəri paylaşmaq istəyirəm. Bu il mənim üçün xüsusidir. Çünki ilk dəfə ana olacam. Övladım oğlandır" deyə, o, bildirib.

Qeyd edək ki, ötən il sənətçi sevgilisi ilə fotolarını İnstaqramda paylaşmışdı. Onun ailə qurması barədə isə heç bir məlumat yayılmayıb.