Afinada 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirilib


Siyasət 21 Yan 2020 19:50:35 133 0

Afinada 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirilib

Yunanıstanın paytaxtı&Afina şəhərində&20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş&“20 Yanvar - Azərbaycanın müstəqillik mübarizəsinin dönüm nöqtəsi” adlı&konfrans keçirilib.

Yunanıstanın paytaxtıAfina şəhərində20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş“20 Yanvar - Azərbaycanın müstəqillik mübarizəsinin dönüm nöqtəsi” adlıkonfrans keçirilib.

Azərbaycanın Yunanıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir səfirlik vəAfinada fəaliyyət göstərən Webster Universiteti tərəfindən təşkil olunub.

Konfransda universitetin prorektoru xanım Susie Mixalidis, Yunanıstan Strateji Tədqiqatlar İnstitutunun tədqiqatçısı Evangelos Venetis, müdafiə və təhlükəsizlik məsələləri üzrə tədqiqatçı ekspert Anastasios Drouqos çıxış edərək 20-ci əsrin son rübündə ölkəmizin yerləşdiyi regionda baş verən tarixi-siyasi hadisələr, Azərbaycan xalqının müstəqilliyini bərpa etmək uğrunda mübarizəsi və bu yolda verilən qurbanlar, müstəqil Azərbaycan Respublikasının müasir beynəlxalq və regional münasibətlər sistemində tutduğu mühüm mövqe haqqında məlumat veriblər.

Azərbaycanın Yunanıstandakı səfiri A.Hüseynov çıxışında ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını yenidən qaldırması və 1990-cı ilin Yanvar hadisələrinə aparan digər ictimai-siyasi hadisələr haqqında məlumat verib, 20 Yanvar faciəsinin həm də xalqımızın azadlıq mübarizəsi yolunda qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. 20 Yanvar qırğını ilə bağlı Azərbaycanın etiraz səsinin ucaldılmasında və faciəyə hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayan diplomat həmçinin müstəqillik əldə etdikdən sonra ölkəmizin keçdiyi inkişaf yolu və əldə edilən nailiyyətlər haqqında iştirakçılara məlumat verib.

Tədbirdə 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək