Əhali arasında ən çox yayılan xəstəliklər - Statistika


Digərləri 21 Yan 2020 19:34:31 107 0

Əhali arasında ən çox yayılan xəstəliklər - Statistika

Yoluxucu xəstəliklərdən qorunması məqsədilə uşaqlara 11 xəstəliyə qarşı peyvənd edilib.

Bakı. Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklər səbəbindən əlilliyin azaldılması və qarşısının alınması işində uşaqların yeni təqvim əsasında vaxtında müasir vaksinlərlə peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ildə Azərbaycanda inkişaf etmiş Avropa ölkələrində olduğu kimi yoluxucu xəstəliklərdən qorunması məqsədilə uşaqlara 11 xəstəliyə qarşı peyvənd edilib. Bütün bunların nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub. Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qonokokk infeksiyası ilə (45,5 faiz), hepatit B virusu ilə (29,4 faiz), hepatit C virusu ilə (19,8 faiz), sifilis ilə (13,5 faiz), su çiçəyi ilə (8,2 faiz), ağciyər vərəmi ilə (2,4 faiz) xəstələnmə halları azalıb.