“Ümid" Beynəlxalq İncəsənət Müsabiqəsi keçirildi


Kriminal 21 Yan 2020 19:21:00 191 0

“Ümid" Beynəlxalq İncəsənət Müsabiqəsi keçirildi

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə 12 və 19 yanvar tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında "Ümid" Beynəlxalq İncəsənət Müsabiqəsi keçirildi. Müsabiqəyə təşkilatı dəstək Mədəniyyət Nazirliyi və Jam Group komandası tərəfindən göstərilib.

"Müsabiqə incəsənət və rəqs növləri üzrə keçirilmişdir. Ölkəmizin bölgələrindən və qonşu ölkələrdən Rusiya, Türkiyə, Gürcüstandan yarışmaya qatılan iştirakçılar vardı. Bütün iştirakçıları təbrik edir, onlara müvəffəqiyyətlər arzulayıram. Bununla yanaşı daima əziyyətlərini çəkən, onlara bu sahələri öyrədən, bu cür istedadlı, bacarıqlı uşaq və gənclər yetişdirdikləri üçün bəddi rəhbərlərə təşəkkür edirəm. Ədalətli seçimlər etdikləri və dəvətimizi qəbul edib gəldikləri üçün Əməkdar artist adını almış, görkəmli incəsənət xadimləri olan münsiflər heyətinə də təşəkkür edirəm" - deyə bildirdi ARA-nın prezidenti və AGİ-nin idarə heyətini üzvi Əziz Əzizov.

Yarışma yaş kateqoriyasına görə keçirildi: 6 yaşa kimi, 7-10 yaşa kimi, 11-15 yaşa kimi, 16 yaş və yuxarı. Aşağıda yarışmanın cavabları verilmişdir:

Tamaşa: Azərbaycan Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyası Bədii qiraət: AMK tərkibində İncəsənət Gimnaziyası K-pop: Heart beat, The Legend Bollywood: "Buta" rəqs ansamblı Classic dance: Şəki Uşaq İncəsənət Məktəbi Show dance: "Buta" rəqs ansamblı, "Simurq" rəqs qrupu Folk show: "Kamerton" rəqs qrupu Folk etnika: Azərbaycan Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyası,   Respublika Fizika-Riyaziyyat Liseyi "Bars" Xalq Rəqs Ansamblı Folk stayl: "Buta" rəqs ansamblı, Şəki Uşaq İncəsənət Məktəbi, Jam SS Balaban: 34 nömrəli Uşaq musiqi məktəbi Balalayka:  Bələdiyyə Büdcə Təhsil Davamlı Təhsil Təşkilatı "Uşaq Musiqi Məktəbi" Chistoozerni qəsəbənin Kamenskiy rayonu, Bələdiyyə Büdcə Təhsil Davamlı Təhsil Təşkilatı "Uşaq Musiqi Məktəbi" Chistoozerni qəsəbənin Kamenskiy rayonu

Kamança: Azərbaycan Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyası

Qarmon: G.Şaroyev adına 35 nömrəli müsiqi məktəbi

Tar: Cabbar Qaryağdıoğlu adına 9 saylı Musiqi məktəbi, 24 nömrəli Musiqi məktəbi

Qanun: Azərbaycan Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyası, Səid Rüstəmov adına 13 nömrəli Uşaq musiqi məktəbi

Saz: Ağdam rayonu Gülablı kənd uşaq musiqi məktəbi,  Müşviqabad qəsəbəsi Mədəniyyət evi Aşıq: G. Şaroyev adına 35 nömrəli Musiqi məktəbi , 34 nömrəli Uşaq musiqi məktəbi,  37 nömrəli Uşaq musiqi məktəbi 

Xalq Çalğı alətləri: 2 nömrəli Musiqi məktəbi