Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb


Digərləri 21 Yan 2020 19:17:07 134 0

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim, 54 orta tibb işçisi düşür.

Bakı. Azərbaycanda fəaliyyət göstərən tibb işçilərinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2020-ci ilin əvvəlinə olan məlumatlara əsasən, ölkədə 32,6 min həkim və 54,2 min orta tibb işçisinin çalışdığı 565 xəstəxana və 1745 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir. Əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim, 54 orta tibb işçisi düşür.