Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır


Digərləri 21 Yan 2020 19:08:17 113 0

Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 129183 doğulan körpə qeydə alınıb.

Bakı. Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 129183 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3102-si əkiz, 102-si üçəm, 8-i isə dördəm doğulanlardır. 2019-cu ilin yanvar-noyabr aylarında ölkədə 50796 ölüm halı qeydə alınıb.