Prezident İlham Əliyev Davosda “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşüb FOTO


Siyasət 21 Yan 2020 18:58:00 68 0

Prezident İlham Əliyev Davosda “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşüb  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son vaxtlar Azərbaycanda aparılan islahatlardan məmnunluğunu bildirən Etik Rondolat, ilk növbədə, ölkəmizdə həyata keçirdikləri layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd etdi ki, aparılan islahatlar Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşması, ölkəmizdə yeni layihələrin həyata keçirilməsi üçün gözəl zəmin yaradır. "Signify" şirkətinin işıqlandırma sahəsində dünya liderlərindən biri olduğunu vurğulayan baş icraçı direktor rəhbərlik etdiyi qurumun ölkəmizə yeni texnologiyaların gətirilməsi baxımından Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu qeyd etdi. Bildirildi ki, şirkət iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahəsində, həmçinin "ağıllı şəhər" layihələrində və internet texnologiyaları ilə işıqlandırma sistemlərinin inteqrasiyası istiqamətində müxtəlif həll variantları təklif edir. Baş icraçı direktor, eyni zamanda, istər kənd təsərrüfatı sahəsində, istərsə də digər sahələrdə işıqlandırma vasitəsilə yeni həll variantlarına investisiya yatırılması imkanlarını Azərbaycanın aidiyyəti qurumları ilə müzakirə etməkdə maraqlı olduqlarını, müvafiq sahədə yeni texnologiyaların ölkəmizə gətirilməsini təmin edə biləcəklərini vurğuladı.

Görüşdən məmnunluğunu bildirən Prezident İlham Əliyev Bakı şəhərinin işıqlandırılması üzrə hazırda icra edilən layihənin sürətləndirilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, növbəti mərhələlərdə Sumqayıtda və Azərbaycanın digər böyük şəhərlərində işıqlandırmanın keyfiyyətinin artırılması, elektrik enerjisinə əhəmiyyətli qənaəti təmin edən yeni həll variantlarının tətbiqi, həmçinin kənd təsərrüfatının müxtəlif sahələrində işıqlandırma sistemləri vasitəsilə müasir texnologiyaların gətirilməsinin aidiyyəti dövlət qurumları ilə müzakirə olunması barədə müvafiq tapşırıqlarını verdi.

Son.az 

Azərbaycanda ötən il ən çox qeydə alınan xəstəliklərin adları açıqlanıb like
  • 21 Yan 18:54  
Sosial Azərbaycanda ötən il ən çox qeydə alınan xəstəliklərin adları açıqlanıb

Azərbaycanda ötən il ən çox qeydə alınan xəstəliklərin adları açıql

arrow Ətraflı
Azərbaycanda turizm şirkətlərinin sayı artıb like
  • 21 Yan 18:49  
Digərləri Azərbaycanda turizm şirkətlərinin sayı artıb

Azərbaycanda turizm bazarında aparılan monitorinqlərin nəticəsinə görə,

arrow Ətraflı
Azərbaycanda pensiyaçıların sayı açıqlanıb like
  • 21 Yan 18:48  
Sosial Azərbaycanda pensiyaçıların sayı açıqlanıb

2020-ci ilin əvvəlinə ölkədə ilkin məlumatlara görə pensiyaçıların s

arrow Ətraflı
Azərbaycanda əhalinin sayı açıqlanıb like
  • 21 Yan 18:48  
Digərləri Azərbaycanda əhalinin sayı açıqlanıb

Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.

arrow Ətraflı
Ötən ilin 11 ayında Azərbaycanın miqrasiya saldosu müsbət olub like
  • 21 Yan 18:46  
Sosial Ötən ilin 11 ayında Azərbaycanın miqrasiya saldosu müsbət olub

Ötən ilin 11 ayında Azərbaycanın miqrasiya saldosu müsbət olub

arrow Ətraflı
Ötən ilin 11 ayında Azərbaycanda 129183 körpə doğulub like
  • 21 Yan 18:45  
Sosial Ötən ilin 11 ayında Azərbaycanda 129183 körpə doğulub

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər)&qeydiyyat

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş yenidən bahalaşıb like
  • 21 Yan 18:44  
Digərləri Azərbaycanda qızıl və gümüş yenidən bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

arrow Ətraflı
Son 11 ayda 50796 ölüm halı qeydə alınıb like
  • 21 Yan 18:43  
Sosial Son 11 ayda 50796 ölüm halı qeydə alınıb

2019-cu ilin yanvar-noyabr aylarında ölkədə 50796 ölüm halı qeydə alın

arrow Ətraflı
"Human Rights Watch"un əsl məqsədi Azərbaycan ərazilərinin işğal müddətini uzatmaqdır - Ekspert like
  • 21 Yan 18:43  
Digərləri "Human Rights Watch"un əsl məqsədi Azərbaycan ərazilərinin işğal müddətini uzatmaqdır - Ekspert

"Human Rights Watch" təşkilatı növbəti dəfə heç bir əsas olmadan qərə

arrow Ətraflı
Ötən ilin 11 ayında Azərbaycanda 15635 boşanma halı qeydə alınıb like
  • 21 Yan 18:42  
Sosial Ötən ilin 11 ayında Azərbaycanda 15635 boşanma halı qeydə alınıb

Ötən ilin yanvar-noyabr ayları ərzində qeydiyyat şöbələri&tərəfindən

arrow Ətraflı
Azərbaycan əhalisinin sayı açıqlanıb like
  • 21 Yan 18:40  
Siyasət Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb.

arrow Ətraflı
“CinemaPlus”da Cem Yılmazın “Karakomik filmler 2” komediyası like
  • 21 Yan 18:39  
Digərləri “CinemaPlus”da Cem Yılmazın “Karakomik filmler 2” komediyası

"CinemaPlus" kinoteatrlar şəbəkəsi çoxdan gözlənilən Cem Yılm

arrow Ətraflı
ABŞ və Çin ticarət razılaşması üzrə danışıqların 2-ci mərhələsinə hazırlaşır like
  • 21 Yan 18:35  
İqtisadiyyat ABŞ və Çin ticarət razılaşması üzrə danışıqların 2-ci mərhələsinə hazırlaşır

ABŞ və Çin ticarət razılaşması üzrə danışıqların 2-ci mərhələsin

arrow Ətraflı