Arvadını öldürdüyünü 7 il sonra etiraf etdi


Kriminal 21 Yan 2020 18:27:00 156 0

Arvadını öldürdüyünü 7 il sonra etiraf etdi

7 il əvvəl törətdiyi qətl Nazim Cəfərovu rahat yaşamağa qoymadı, nəhayət əməlini etiraf etdi. Canına qəsd etdiyi isə 2 övladının anası Kamilə Cəfərovadır.

Son.az Baku.TV-yə istinadən xəbər verir ki, Nazim Kamilə ilə 2000-ci ildə rəsmi qaydada ailə həyatı qurub.

Bir müddət Cəlilabad rayonunda yaşadıqdan sonra, Nazim Qobustan qəsəbəsində özünə ev tikib, ailəsini və övladlarını götürüb Bakıya gətirib. Aralarında tez-tez söz-söhbətlər olduğundan ərlə-arvad arasında şəxsi münasibətlər pozulub.

İstintaqa ifadəsi zamanı Nazim həmin vaxtlar taksi fəaliyyəti göstərdiyindən günün çox hissəsini evdə olmadığını, Kamilənin kənar şəxslərlə danışması və görüşməsindən şübhələndiyini, bir neçə dəfə başqa kişilərlə söhbət etdiyini gördüyünü bildirib. Kamilə artıq Qobustanda yaşamaq istəməyərək, şəhərə köçüb işləmək istədiyini bildirəndə, Nazim yaranan mübahisələrə son qoymaq üçün onunla razılaşır. Səbail rayonu, 20-ci sahə adlanan ərazidə, kirayə ev tutur. Özü isə Qobustanda, tikintidə fəhlə işlədiyindən, ordakı evində qalır.

Təxminən 10 gün sonra ailəsinə baş çəkmək üçün kirayə tutduğu evə yollananda, ev sahibi, Kamilənin uşaqları da götürüb çıxıb getdiyini deyir. Məktəb çıxışında uşaqlarını izləyən Nazim, onların yaxınlıqdakı bir binaya girdiklərini görür. Bir gün ora gedir, evdə adam olmadığından pilləkəndə oturub gözləyir. Kamilə evə gələndə onu görür və hay-küy salır.

Bundan sonra Kamiləni 2 dəfə Qobustanda gördüyünü deyən Nazim, yoldaşından bura niyə gəldiyini maraqlananda qadının onun üstünə qışqırdığını bildirir. Onların sonuncu görüşü isə 2012-ci ilin dekabrın 7-də baş tutur. Belə ki, Kamilə Nazimə zəng edərək, Qobustana gəldiyini və görüşmək istədiyini bildirir.

Nazim yoldaşı ilə evlərinin yanında görüşür. Söhbət edə-edə Nazimin stansiyanın yaxınlığında aldığı torpaq sahəsinə doğru gedirlər. Qadın Nazimə torpağı satıb, pulu ona verməyi tələb edərək, alçaldıcı sözlərlə təhqir edir. Mübahisə zamanı Nazim Kamiləni sinəsindən tutub itələyir. Bu vaxt qadın əl çantasından bıçaq çıxarır. Nazim isə bıçağı onun əlindən alaraq döş qəfəsindən bir zərbə endirir. Qadın yerə yıxılır və təxminən 1 dəqiqədən sonra hərəkətsiz vəziyyətdə qalır. Nazim qadının əllərindən tutaraq sürüyür, qamışlıqda çirkab suların axdığı kanala doğru gətirib, meyiti dəmir borunun içinə qoyur.