Azərbaycanda qızıl və gümüş hasilatı artıb


Digərləri 21 Yan 2020 18:31:00 124 0

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

2019-cu ildə Azərbaycanda 3 711,6 kq qızıl hasil edilib ki, bu da 2018-ci il ilə müqayisədə 6,8% çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, hesabat dövründə ölkədə 3 857,8 kq gümüş istehsal olunub. İllik müqayisədə bu göstərici də 19,5% artıb.

Statistik rəqəmlərə əsasən, 1 yanvar 2020-ci il tarixinə qızılda 79,5 ton, gümüşdə isə 56,5 ton hazır məhsul ehtiyatı yaranıb.