Azərbaycanda turizm şirkətlərinin sayı artıb


Digərləri 21 Yan 2020 18:49:00 175 0

Azərbaycanda turizm şirkətlərinin sayı artıb

Azərbaycanda turizm bazarında aparılan monitorinqlərin nəticəsinə görə, bir neçə il öncə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 2000 idisə, indi bu rəqəm 3000-ə yaxınlaşıb.

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev deyib.

Onun sözlərinə görə, bu gün dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizm Azərbaycanda da geniş inkişaf yolu keçir.

R.Hacıyev qeyd edib ki, bir neçə il əvvəl Azərbaycanda daha çox getmə turizm növü geniş yayılmışdı. Ölkəyə gələnlər isə əsasən dövlət əhəmiyyətli və beynəlxalq səviyyəli konfrans və tədbirlərə qatılan dövlət rəsmiləri olurdu: