"Human Rights Watch"un əsl məqsədi Azərbaycan ərazilərinin işğal müddətini uzatmaqdır - Ekspert


Digərləri 21 Yan 2020 18:43:04 78 0

"Human Rights Watch"un əsl məqsədi Azərbaycan ərazilərinin işğal müddətini uzatmaqdır - Ekspert

"Human Rights Watch" təşkilatı növbəti dəfə heç bir əsas olmadan qərəz nümayiş etdirib

Bu xəbəri də oxu: Dismetobolik polinevropatiyalar

Bakı. Samir Əli - "Human Rights Watch" təşkilatı növbəti dəfə öz "ənənəsinə" sadiqlik nümayiş etdirərək, heç bir əsas olmadan Azərbaycanla bağlı qərəz nümayiş etdirib. Əslində, burada heç bir yenilik yoxdur və bu təşkilat öz rəflərində toz basmış anti-Azərbaycan xarakterli sənədini yenidən ictimailəşdirməklə, köhnə ampluasından çıxış edərək ölkəmizə qarşı hazırlanmış qərəzli kampaniyanın flaqmanı rolunda özünü bir daha təsdiq etdi. Bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev qurumun bu günlərdə açıqlanan hesabatını şərh edərkən deyib. Onun sözlərinə görə, bu təşkilatın qərəzli hesabatlar yaymaqda əsl məqsədi Azərbaycana qarşı təzyiqləri artırmaq, Ermənistana himayədarlıq etmək və Azərbaycan ərazilərinin işğal müddətini uzatmaqdır: "Söz yox ki, bu kimi qərəzli hesabatlar müəyyən qaranlıq dairələrdən, həmçinin erməni lobbisi tərəfindən verilən sifarişdir. Əgər "Human Rights Watch" təşkilatının əsas məqsədi insan hüquqlarını qorumaq olsaydı, bu qurum Azərbaycan ərazilərinin uzun müddət ərzində işğalda saxlanılmasına son qoyulması və yüz minlərlə insanın hüquqlarının bərpası istiqamətində addımlar atardı. Bu qurum nədənsə, bu günə qədər Ermənistan parlamentində baş vermiş terror olayını, bu ölkədə kobudcasına, qətliamlarla nəticələnən pozuntuları, insan hüquq və azadlıqlarının pozulmasını, iqtisadi böhranın getdikcə güclənməsini bir dəfə də olsun dilə gətirməyib. Nəyə görə? Məsələ bəllidir - bu qurum bilavasitə erməni lobbisi və himayədarlarının vassalı olaraq fəaliyyət göstərir". Ekspertin sözlərinə görə, hadisələrin təhlili həm də onu göstərir ki, beynəlxalq aləmdə aparılan anti-Azərbaycan kampaniyası sistemli xarakter daşıyır, bir mərkəzdən idarə edilir, "Human Rights Watch" təşkilatının bəyanatı da bu kampaniyanın tərkib hissəsi kimi nəzərdə tutulub və bu kampaniya parlament seçkiləri ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi imicinin formalaşdırılması üçün əsas vasitələrdən biri kimi istifadə edilməkdədir: "Biz, elə də uzağa getməyərək, daha bir faktı xatırlaya bilərik. Misal üçün, "Human Rights Watch" bir neçə il əvvəl 100 milyonluq layihə ilə eynicinslilərin evlənməsinin təbliği ilə məşğul olub və bu gün Ermənistanda həmin layihə çərçivəsində iş aparır. Bu zaman daha bir sual yaranır ki, bütün bəşəri qanunlara zidd olan, eyni zamanda insanlığın, mənəvi dəyərlərin məhv olunmasına yönəlmiş layihələr icra edən bir təşkilatın ümumiyyətlə insan hüquqlarından danışmağa hansı mənəvi haqqı ola bilər?! İşğalçı Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları bir kənara qoyub, sərsəm hesabatlar, bəyanatlar yayan bu təşkilat barədə necə ciddi düşünmək olar?! Hesab edirəm ki, bu kimi qərəzli kampaniyalar heç vaxt onların istədikləri nəticələri verməyəcək və böhtançı fəaliyyətləri ifşa ediləcək!" Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ötən ilin 11 ayında Azərbaycanda 15635 boşanma halı qeydə alınıb like
  • 21 Yan 18:42  
Sosial Ötən ilin 11 ayında Azərbaycanda 15635 boşanma halı qeydə alınıb

Ötən ilin yanvar-noyabr ayları ərzində qeydiyyat şöbələri&tərəfindən

arrow Ətraflı
Azərbaycan əhalisinin sayı açıqlanıb like
  • 21 Yan 18:40  
Siyasət Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb.

arrow Ətraflı
“CinemaPlus”da Cem Yılmazın “Karakomik filmler 2” komediyası like
  • 21 Yan 18:39  
Digərləri “CinemaPlus”da Cem Yılmazın “Karakomik filmler 2” komediyası

"CinemaPlus" kinoteatrlar şəbəkəsi çoxdan gözlənilən Cem Yılm

arrow Ətraflı
ABŞ və Çin ticarət razılaşması üzrə danışıqların 2-ci mərhələsinə hazırlaşır like
  • 21 Yan 18:35  
İqtisadiyyat ABŞ və Çin ticarət razılaşması üzrə danışıqların 2-ci mərhələsinə hazırlaşır

ABŞ və Çin ticarət razılaşması üzrə danışıqların 2-ci mərhələsin

arrow Ətraflı
Gürcüstan hökuməti ən böyük vəsaiti müsəlman icmasına ayırıb like
  • 21 Yan 18:34  
Sosial Gürcüstan hökuməti ən böyük vəsaiti müsəlman icmasına ayırıb

Gürcüstanda 2020-ci ilin dövlət büdcəsindən ölkədə fəaliyyət göstə

arrow Ətraflı
Azərbaycanlı fanatdan Bülənt Ərsoya 100 min dollarlıq hədiyyə like
  • 21 Yan 18:34  
Digərləri Azərbaycanlı fanatdan Bülənt Ərsoya 100 min dollarlıq hədiyyə

Türkiyənin Bostancı Şou Mərkəzində səhnəyə çıxan Bülənt Ərsoya az

arrow Ətraflı
"Real" 30 milyon avroluq transfer həyata keçirib like
  • 21 Yan 18:31  
Digərləri "Real" 30 milyon avroluq transfer həyata keçirib

“Real” “Flamenqo”nun yarımmüdafiəçisi Reynyeri transfer etməsi ilə

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş hasilatı artıb like
  • 21 Yan 18:31  
Digərləri Azərbaycanda qızıl və gümüş hasilatı artıb

2019-cu ildə Azərbaycanda 3 711,6 kq qızıl hasil edilib ki, bu da 2018-ci il

arrow Ətraflı
Azərbaycan kənd təsərrüfatı məhsullarının BƏƏ-yə ixracını genişləndirmək istəyir like
  • 21 Yan 18:29  
İqtisadiyyat Azərbaycan kənd təsərrüfatı məhsullarının BƏƏ-yə ixracını genişləndirmək istəyir

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat” ASC

arrow Ətraflı
İllər sonra səmimi qucaqlaşma... like
  • 21 Yan 18:29  
Digərləri İllər sonra səmimi qucaqlaşma...

Los- Ancelesdəki "Shrine Auditorium"da baş tutan "SAG 2020"

arrow Ətraflı
Arvadını öldürdüyünü 7 il sonra etiraf etdi like
  • 21 Yan 18:27  
Kriminal Arvadını öldürdüyünü 7 il sonra etiraf etdi

7 il əvvəl törətdiyi qətl Nazim Cəfərovu rahat yaşamağa qoymadı, nəha

arrow Ətraflı
Ötən il yol qəzalarında 821 nəfər həlak olub like
  • 21 Yan 18:24  
Digərləri Ötən il yol qəzalarında 821 nəfər həlak olub

Ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş hasilatı artıb like
  • 21 Yan 18:21  
Digərləri Azərbaycanda qızıl və gümüş hasilatı artıb

2019-cu ildə Azərbaycanda 3 711,6 kq qızıl hasil edilib ki, bu da 2018-ci il

arrow Ətraflı
Müəllimlərin işə qəbulunda yenilik like
  • 21 Yan 18:21  
Digərləri Müəllimlərin işə qəbulunda yenilik

Növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəl

arrow Ətraflı