Azərbaycanda əhalinin sayı açıqlanıb


Digərləri 21 Yan 2020 18:48:00 119 0

Azərbaycanda əhalinin sayı açıqlanıb

Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.

Bakı. Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika KomitəsindənTrend-ə verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 78737 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10060194 nəfərə çatıb. Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.