İllər sonra səmimi qucaqlaşma...


Digərləri 21 Yan 2020 18:29:00 155 0

İllər sonra səmimi qucaqlaşma...

Los- Ancelesdəki "Shrine Auditorium"da baş tutan "SAG 2020" mükafat gecəsinin ən diqqətçəkən məqamlarından biri Hollivud ulduzları Bred Pitt və Cennifer Enistonun qarşılaşması olub. 

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, cütlük boşandıqdan sonra ilk dəfə eyni məkanda görüntülənib. 

Onlar əvvəlcə səhnə arxasında rastlaşıblar. Kameraların fərqinə varan Bred və Cennifer səmimi söhbət edərək qucaqlaşıblar.

Qeyd edək ki, iki il sevgili olan cütlük 2000-ci ildə Malibuda gizli ailə həyatı qurub. Onlar 5 il sonra ayrılıb, 2 il sonra rəsmi olaraq boşanıblar.