Kölndə II Dünya müharibəsindən qalmış bomba tapılıb, əhali evakuasiya edilib


Dünya 21 Yan 2020 17:57:41 125 0

Kölndə II Dünya müharibəsindən qalmış bomba tapılıb, əhali evakuasiya edilib

Almaniyanın Köln şəhərinin mərkəzində II Dünya müharibəsi dövründən qalmış bomba tapılıb.&

Almaniyanın Köln şəhərinin mərkəzində II Dünya müharibəsi dövründən qalmış bomba tapılıb.

“Report”“Sputnik”ə istinadən xəbər verir ki, çəkisi 500 kq olan ABŞ istehsalı olanbomba yanvarın 20-i axşam saatlarındamühüm dəmiryolu körpüsünün yanında tikinti işləri zamanı ortaya çıxıb.

Əhali evakuasiya edilib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bomba bu gün günorta saatlarında uğurla zərərsizləşdirilib.

Alparslan Öztürk