Zakir Həsənov: “Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının uğurla inkişaf edəcəyinə əminəm”


Siyasət 21 Yan 2020 17:31:08 166 0

Zakir Həsənov: “Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının uğurla inkişaf edəcəyinə əminəm”

“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir”.

“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə keçirdiyibirgə mətbuat konfransındabildirib.

Nazirin sözlərinə görə, Azərbaycan da eyni dəstəyi Gürcüstan tərəfindən bütün beynəlxalq qurumlarda görür: “Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq planı imzalanıb. Sənəddə birgə təlimlər və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

Z.Həsənov Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.