95 nəfər parlament seçkilərində namizədliyini geri götürüb


Siyasət 21 Yan 2020 17:27:00 136 0

95 nəfər parlament seçkilərində namizədliyini geri götürüb

"Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində 95 namizəd mübarizəni dayandırıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, seçkilərdə 19 siyasi partiyanın üzvləri təmsil olunur. Ümumilikdə, seçkilərdə hazırda 1542 namizəd qeydə alınıb.