Növbədənkənar parlament seçkilərində 112 beynəlxalq müşahidəçi akreditasiyadan keçib


Digərləri 21 Yan 2020 17:06:00 107 0

Növbədənkənar parlament seçkilərində 112 beynəlxalq müşahidəçi akreditasiyadan keçib

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 112 beynəlxalq müşahidəçi akreditasiyadan keçib.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, müşahidəçilərin akkreditasiyası davam edir və bu rəqəm artacaq. MSK sədri qeyd edib ki, indiyə qədər akkreditasiyadan keçən müşahidəçilər ümumilikdə 28 ölkəni təmsil edir. Türkiyə, Belarus, Moldova və digər bır sıra ölkələrin Mərkəzi Seçki Komissyalarının sədrləri seçkilərdə iştriak edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin