95 nəfər parlament seçkilərində namizədliyini geri götürüb


Digərləri 21 Yan 2020 16:45:00 105 0

95 nəfər parlament seçkilərində namizədliyini geri götürüb

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində 95 namizəd mübarizəni dayandırıb.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində 95 namizəd mübarizəni dayandırıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, seçkilərdə 19 siyasi partiyanın üzvləri təmsil olunur. Ümumilikdə, seçkilərdə hazırda 1542 namizəd qeydə alınıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin