Azərbaycanda azyaşlıya təcavüz edən şəxs məhkəmə qarşısında
Digərləri 21 Yan 2020 16:15:00 136 0
Şəki Ağır Cinayətlər Məhkəməsində azyaşlı oğlana qarşı seksual xarakterli hərəkət etməkdə təqsirləndirilən A.M.-nin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 3-nə təyin edilib.
İttihama görə, A.M. azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Uşağın valideynləri hadisədən xəbər tutub. Şikayət əsasında o, saxlanılıb.
A.M-nin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Mənbə: milli.az