Regionda ilk dəfə PAŞA Bank müştərinin video zəng ilə tanınması xidmətini təqdim edib


Digərləri 21 Yan 2020 16:10:37 126 0

Regionda ilk dəfə PAŞA Bank müştərinin video zəng ilə tanınması xidmətini təqdim edib

PAŞA Bank onlayn qeydiyyatdan keçmiş Müştərinin Bankın filialına gəlmədən yoxlanılması üçün innovativ bir imkan təqdim edib.

Bakı. Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank onlayn qeydiyyatdan keçmiş Müştərinin Bankın filialına gəlmədən yoxlanılması üçün innovativ bir imkan təqdim edib. Bankdan Trend-ə verilən məlumata görə, bu xidmət Azərbaycanda və bölgədə ilk dəfə təqdim olunur. Verifikasiya proseduru Müştərinin kompüterindən/mobil cihazından edilən video bağlantı vasitəsilə həyata keçirilir. Video bağlantı Müştərinin PAŞA Bankın nümayəndəsi ilə canlı ünsiyyətini əvəz edir, bu da Bankın filialına yaxınlaşma və növbədə dayanma ehtiyacını tamamilə aradan qaldırır. Belə ki, müştəri https://pashabank.digital/login#/signup ünvanına daxil olaraq qeydiyyatdan keçib, PAŞA Bankın yeni Onlayn Bank platformasında hesab aça, əməkhaqqı layihəsinə qoşula və POS-terminal sifariş edə bilər. Prosesin sonunda sadəcə bir kliklə Müştəri video zəng edərək PAŞA Bankın nümayəndəsinə özünü tanıda və məhsullardan istifadə edə bilər.