Bir ildə 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlanıb


Sosial 21 Yan 2020 15:20:35 135 0

Bir ildə 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlanıb

Respublikanın avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, bütövlükdə 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.

© Report

2019-cu ildə respublikanın avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, bütövlükdə 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.

"Report"un xəbərinə görə, bunuBaş Dövlət Yol Polisi İdarəsininrəisi, polis general-mayoru Ramiz Zeynalov əməliyyat müşavirəsində deyib.

O bildirib ki, yaradılan imkanlardan istifadə etməklə əməkdaşlar ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar ki, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə, 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.