Cocuq Mərcanlıdan Astara və Lerik rayonlarına marşrut xətləri istifadəyə veriləcək


İqtisadiyyat 21 Yan 2020 15:20:42 116 0

Cocuq Mərcanlıdan Astara və Lerik rayonlarına marşrut xətləri istifadəyə veriləcək

Bu ilin mart ayından Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsindən Astara və Lerik rayonlarına marşrut xəttləri istifadəyə veriləcək

Bu ilin mart ayından Cəbrayıl rayonununCocuq Mərcanlı qəsəbəsindənAstara vəLerik rayonlarına marşrut xətləri istifadəyə veriləcək.

Bu barədə“Report”a açıqlamasındaNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovaməlumat verib.

Onun sözlərinə görə, hər istiqamət üzrə 1 avtobusun ayrılması nəzərdə tutulub.

Xatırladaq ki, bu ilyanvarın 9-dan Bakıdan Cocuq Mərcanlı istiqamətinə ilk marşrut xətti istifadəyə verilib, müntəzəm xətt üzrəBakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunub.