Ata bilmədən oğlunu güllələdi


Dünya 21 Yan 2020 15:21:00 114 0

Ata bilmədən oğlunu güllələdi

Ata bilmədən özünü və oğlunu silahla yaralayıb.

Son.az Nyu-York Posta istinadla xəbər verir ki, ABŞ-ın İndiana ştatının Bluminqton şəhərində yaşayan 36 yaşlı kişi və 4 yaşlı oğlu silahdan atəş açılması nəticəsində yaralanıb.

The Herald-Times ata ilə oğlu zarafatlaşmaq məqsədi ilə güləşərkən kişinin belindəki silahdan atəş açılıb. Nəticədə azyaşlı və kişinin özü xəsarət alıb.

Güllə onların hər ikisinin başına dəyib. Azyaşlı helikopterlə Riley hospitalına çatdırılıb. Onun vəziyyəti ağırdır. Lakin kişinin vəziyyəti normaldır.