Səfirlik: ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında kömək göstərilməsi işinə sadiqdir


Digərləri 21 Yan 2020 14:15:55 103 0

Səfirlik: ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında kömək göstərilməsi işinə sadiqdir

ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında tərəflərə kömək göstərilməsi işinə sadiqdir

Bakı. Ləman Zeynalova - ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında tərəflərə kömək göstərilməsi işinə sadiqdir. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən deyiblər. Səfirlikdən bildiriblər ki, münaqişənin ədalətli və dayanıqlı nizamlanması güc tətbiqi və ya bununla bağlı təhdidin qəbulolunmazlığı barədə Helsinki yekun aktının prinsiplərinə, ərazi bütövlüyü, xalqların hüquqlarının bərabərliyi prinsiplərinə əsaslanmalıdır. Qeyd olunub ki, ABŞ ötən ilin dekabrında Bratislavada ATƏT Nazirlər Şurasının iclasında ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin nümayəndə heyəti rəhbərlərinin birgə bəyanatını tam dəstəkləyir. Bu bəyanatda vurğulanır ki, status-kvo qəbulolunmazdır və münaqişənin hərbi yolla həlli mövcud deyil: