Transmilli cinayətkar qrupun azərbaycanlı “bankir”i belə ələ keçdi VİDEO


Kriminal 21 Yan 2020 14:04:00 143 0

Transmilli cinayətkar qrupun azərbaycanlı “bankir”i belə ələ keçdi  VİDEO

Qazaxıstan çekistləri beynəlxalq mafiyanın azərbaycanlı "bankirini" yaxaladılar.

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi beynəlxalq cinayətkar qruplaşmanın "bankiri" olan Azərbaycan vətəndaşını saxlayıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, əməliyyat yanvarın 15-də keçirilib. Milli Təhlükəsizlik Komitəsinin Nur-Sultan şəhəri üzrə departamenti xüsusi təyinatlı "A" dəstəsinin döyüşçülərinin dəstəyi ilə Azərbaycan vətəndaşını saxlayıb. Həmin şəxsin adı açıqlanmır, o transmilli cinayətkar sindikatın fəaliyyətini maliyyələşdirməkdə ittiham olunur.

"Saxlanılan şəxs pul vəsaitlərinin transmilli cinayətkar şəbəkənin Türkiyədə olan liderlərinə köçürməklə məşğul olub", - açıqlamada deyilir.

Bildirilir ki, maliyyələşmə yerli sahibkarlardan reket yolu ilə toplanan pullar hesabına olub. Saxlanılan şəxs istintaq təcridxanasında saxlanılır, istintaq tədbirləri aparılır.